Klub prezidenti aclıq aksiyasına başladı

İdman

28.03.2025 14:04

2233

Türkiyənin “Denizlispor” klubunun prezidenti Erham Ergil şəhər meydanında aclıq aksiyasına başlayıb. 

TodayPress xəbər verir ki, 3-cü liqa təmsilçisinin rəhbəri aksiya ilə bağlı yerli jurnalistlərə açıqlama verib. 

Erham Ergil komandaya dəstək verilmədiyi üçün bu addımı atdığını bildirib:   

“Müddətsiz aclıq aksiyasına başlayıram. “Denizlispor” vəfat etdiyi üçün mənim başsağlığı yerim şəhər mərkəzidir. Mən təkəm. Bunu heç kimlə planlaşdırmamışam. Heç kimi dəvət etməyəcəyəm”. 

Qeyd edək ki, “Denizlispor” hazırda 3-cü liqanın 4-cü qrupunda 25 turdan sonra 17 xalla 16 komanda arasında 15-cidir.   

Namiq HUN

tag: Türkiyə,Aksiya,Klub,Denizlispor,Todaypress.az,