Kloze: “Mahirə kompakt oynamağın vacibliyini izah etdim”
İdman
14.12.2024 14:28
Almaniya 2-ci Bundesliqa təmsilçisi “Nürnberq”in baş məşqçisi Miroslav Kloze futbolçusu Mahir Emreli barədə danışıb.
TodayPress “Bild” nəşrinə istinadən xəbər verir ki, mütəxəssis Azərbaycan millisinin hücumçusunun nümayiş etdirdiyi oyunla bağlı fikirlərini bildirib.
“Ona kompakt oynamağın vacibliyini izah etdim, daha intensiv məşqlərə ehtiyacı olduğunu söylədim. O, hər şeyi başa düşür. Mən çox müsbət cəhətlər görürəm” deyə Kloze qeyd edib.
“Nürnberq”in baş məşqçisi Emrelinin tez-tez nümayiş etdirdiyi texnikalı oyun barədə də danışıb:
“Ona dedim ki, mənim üçün xüsusi bir şey etməyə ehtiyac yoxdur. Sadəcə, effektli olmağını istəyirəm. Əgər əhvalın pisdirsə və az qaçırsansa, o zaman bu fəndlərin heç bir faydası olmayacaq. Oyuna qayıtmağın yeganə yolu intensivlik və hərəkətlilikdir”.
Qeyd edək ki, Mahir Emreli cari mövsüm “Nürnberq”in heyətində bütün turnirlərdə 11 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Nürnberq, Texnika, Cari ,Mövsüm, todaypress.az,