Klopp “Red Bull” sistemində işə başladı
Yurgen Klopp “Liverpul” klubundan ayrıldıqdan sonra yeni iş ilə bağlı qərar verib.
TodayPress xəbər verir ki, almaniyalı mütəxəssis rəsmi olaraq “Red Bull”da futbol əməliyyatlarının rəhbəri vəzifəsinə təsdiqlənib.
“Borussiya Dortmund” və “Liverpul”un keçmiş baş məşqçisi daha əvvəl bildirilmişdi ki, 2025-ci il yanvarın 1-dən “Red Bull” sistemində işə başlayacaq.
Xatırladaq ki, Yurgen Klopp ötən mövsüm “Liverpul”u tərk edib.
Alman mütəxəssisin özünün də etiraf etdiyi kimi, il ərzində o, istənilən futbol fəaliyyətinə fasilə verməyi planlaşdırırdı.
Qeyd edək ki, Klopp peşəkar məşqçilik karyerasına Almaniyanın “Maynts” klubunda başlayıb. Yurgen əsasən Dortmund "Borussiya"sında çalışarkən dünya şöhrəti qazanıb. Mütəxəssis İngiltərənin "Liverpul" klubu ilə UEFA Çempionlar Liqasını, Premyer Liqanı və digər nüfuzlu kubokları, o cümlədən FIFA Klublararası Dünya Çempionatını qazanıb.
Namiq HUN
tag: Alman ,Liverpul, Yurgen ,Dortmund ,Premyer Liqa ,FIFA ,todaypress.az,