Klopp “Lids Yunayted”dən imtina etdi
Hazırda “Red Bull” korporasiyasında direktor vəzifəsində çalışan almaniyalı məşqçi Yurgen Klopp Çempionşip klubunun təklifini qəbul etməyib.
TodayPress xəbər verir ki, mütəxəssis “Red Bull”un sahib olduğu “Lids Yunayted” klubunun iş təklifindən imtina edib.
“Liverpul”un sabiq baş məşqçisinin mersisaydlıların azarkeşlərinə hörmət etdiyi üçün başqa bir ingilis klubu ilə işləmək istəmir.
Qeyd edək ki, “Red Bull” korporasiyasına “Leyptsiq”, “Salzburq”, “Lyeferinq”, “Nyu York”, “Paris”, “Saytama” və “Braqantino” klubları daxildir.
Namiq HUN
tag: Klub, İş, Təklif ,Çempionşip ,todaypress.az,