Klopp “FK Paris”lə əməkdaşlıq edəcək

İdman

21.11.2024 13:35

Almaniyalı futbol mütəxəssisi Yurgen Klopp Fransa klublarından birinin layihəsində iştirak edəcək.

TodayPress “Ekip”ə istinadən xəbər verir ki, o, “FK Paris” klubunda çalışacaq. 

Komandanın sahibi Antuan Arno Kloppla əməkdaşlıqdan danışıb:

“Mən artıq Klopp ilə danışmışam. Onunla işləyəcəyimiz üçün fəxr edirəm. O, bizə kəşfiyyat işlərində kömək edəcək”.

Qeyd edək ki, “FK Paris” hazırda Fransanın ikinci divizionunda çıxış edir. 13 oyundan sonra 27 xal toplayan komanda 2-ci yerdədir. 

Namiq HUN

tag: FK Paris, Fransa,Yurgen Klopp, Almaniya,Antuan, todaypress.az,