“Klivlend Kavalyers” azarkeşlərini məyus etdi

İdman

13.01.2025 14:54

Milli Basketbol Assosiasiyasının (NBA) növbəti oyun günü Şərq Konfransının lideri doğma meydanda uduzub.

TodayPress xəbər verir ki, “Klivlend Kavalyers” evdə 93:108 hesabı ilə “İndiana Peysers”ə məğlub olub. 

İndianapolis təmsilçisi ardıcıl 6-cı qələbəsini qazanıb. Qalib komandanın heyətində Endryu Nembhard 19, Paskal Siakam 18 və Mayls Turner 15 xal toplayıb. 

Müntəzəm mövsümün digər görüşlərinin nəticələri:

“Dallas Maveriks” – “Denver Naqqets” 101:112

“Nyu York Niks” – “Miluoki Buks” 140:106

“Çikaqo Bullz” - “Sakramento” 119:124

“Vaşinqton Vizards” - “Oklahoma-Siti Tander” 95:136

“Orlando Məcik” – “Filadelfiya” 104:99

“Boston Seltiks” – “Nyu Orlean Pelikans” 120:119

“Yuta Cazz” – “Bruklin Nets” 112:111

“Finiks Sans” – “Şarlott Hornets” 120:113

Namiq HUN

tag: Milli ,Basketbol, Şərq Konfrans ,Lider , todaypress.az,