“Klivlend Kavalyers” 39-cu qələbəsini qazandı
İdman
31.01.2025 12:00
ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) Şərq Konfransının lideri qələbə seriyasını 39-a çatdırıb.
TodayPress xəbər verir ki, NBA-da növbəti oyunlar keçirilib.
Şərq Konfransının lideri “Klivlend Kavalyers” evdə “Atlanta”ı 137:115 hesabı ilə üstələyərək, müntəzəm mövsümdə qələbə seriyasını 39-a çatdırıb. Klivlend təmsilçisinin heyətində Darius Qarland (26 xal) və Evan Mobli (16 xal, 10 ribaund) görüşün ən məhsuldar oyunçuları olublar.
Müntəzəm mövsümdə digər görüşlərin nəticələri:
“Yuta Caz” - “Minnesota” - 113:138 “Portland Treyl Bleyzers” - “Orlando Mecik” - 119:90 “Vaşinqton Vizards” - “Los-Anceles Leykers” - 96:134 “Memfis Qrizzlis” - “Hyuston Rokets” - 120:119.
Namiq HUN
tag: ABŞ,Milli,NBA,Atlanta,Todaypress.az,