Klassen “Qarabağ”a qarşı oynamayacaq
İdman
21.10.2024 15:15
“Ayaks” klubu futbolçusu Devi Klasseni Bakıya gətirməyəcək.
TodayPress xəbər verir ki, yarımmüdafiəçi Avropa Liqasının iştirak ərizəsinə daxil edilmədiyi üçün “Qarabağ”a qarşı oynaya bilməyəcək.
Klassen daha öncə “Beşiktaş” və “Slaviya” ilə matçlarda da heyətdə yer almayıb.
Baş məşqçi Françesko Fariolinin Bakıya səfər etməsinə ehtiyac duymadığı futbolçu Amsterdamda hazırlıq keçəcək.
“İndi mən evdə qalmalı olacam. Komandamız “Qarabağ”la matçın ertəsi günü Bakıda məşq etməyəcək. Buna görə də səfərə getməyimə lüzum görmədik. Burada qalmalı və məşq etməliyəm” Devi bildirib.
Qeyd edək ki, “İnter”dən “Ayaks”a qayıdan 31 yaşlı Klassenin keçidi sentyabrın ikinci yarısında gerçəkləşdiyi üçün Avropa Liqasına sifariş olunmayıb.
Namiq HUN
tag: Qarabağ,Bakı, Səfər,Ayaks, Klassen, Avropa Liqası,