KL: “Çelsi”dən səfərdə darmadağın, “Fiorentina”dan məğlubiyyət
UEFA Konfrans Liqasında (KL) yarımfinal mərhələsinə start verilib.
TodayPress xəbər verir ki, “Çelsi” klubu İsveçdə “Yurqorden”in qonağı olub.
Gözlənildiyi kimi Stokholm qarşılaşması London klubunun üstünlüyü ilə keçib. "Zadəganlar" inamlı qələbə ilə demək olar ki, finala vəsiqəni təmin ediblər.
Nikolas Ceksonun dubl etdiyi oyunda, Ceydon Sanço və Noni Madueke hərəyə bir qol vurublar 4:1. “Yurqorden”in heyətində isə yalnız İsak Alemayehu fərqlənib.
İtaliyanın “Fiorentina” klubu “Çelsi”dən fərqli olaraq səfər qarşılaşmasında məğlubiyyətlə barışıb.
Florensiya təmsilçisi İspaniyada "Betis"lə üz-üzə gəlib. “Estadio Benito Villamarín” qarşılaşmasında əndəluslular güclü olublar 2:1. “Betis”in qollarını Abde Ezzalzuli və Antoni vurub.
“Fiorentina” isə Luka Ranyeri ilə hesabdakı fərqi minimuma endirib.
Qeyd edək ki, yarımfinal mərhələsinin cavab oyunları mayın 8-də keçiriləcək.
Namiq HUN
tag: Çelsi,Fiorentina,UEFA,Matç,Todaypress.az,