KL: “Çelsi” turnir tarixinin ən böyükhesablı qələbəsini qazandı

İdman

08.11.2024 13:00

“Çelsi” klubu UEFA Konfrans Liqasının 3-cü turunda Ermənistan təmsilçisi “Nuh”u darmadağın edib. 

TodayPress xəbər verir ki, Londonda keçirilən görüş 8:0 hesabı ilə “zadəganlar”ın xeyrinə başa çatıb.

Bu hesab klub tarixindəki ən böyük qələbələrdən birinin təkrarı olub. 

“Çelsi” “Jenes Eşe”ni (1971), “Uiqan”ı (2010) və “Aston Villa”nı (2012) eyni hesabla məğlub edib.

London təmsilçisinin ən böyük hesablı qələbəsi “Jenes Eşe” ilə görüşdə qeydə alınıb 13:0.

“Çelsi” “Nuh” uğuru ilə eyni zamanda turnir tarixinin ən böyükhesablı qələbəsini qazanıb. Bundan əvvəlki rekord 2023-cü ildə “Nordşelland” - “Ludoqores” (7:1) matçında qeydə alınıb. 

Namiq HUN

tag: Çelsi, London, UEFA, Nuh, Rekord, todaypress.az,