Kivior “Arsenal”ı İtaliya A Seriyasına dəyişə bilər
İdman
14.11.2024 12:25
Müdafiəçi Yakub Kivior “Arsenal” klubundan ayrılmaq istəyir.
TodayPress xəbər verir ki, polşalı futbolçu rəhbərlikdən onu başqa komandaya satmağı xahiş edib.
Kivior İngiltərədə keçirdiyi oyun sayından narazıdır və özünü başqa çempionatda sınamaq istəyir.
Futbolçuya iddialılar arasında İtaliyanın “İnter”, “Milan” və “Yuventus” klubu da var.
Yakub Kiviorun London klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimi qüvvədədir. O, cari mövsüm bütün yarışlarda 7 oyun keçirib və 2 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Yakub Kivior , İnter, Milan, Yuventus, Arsenal, todaypress.az,