KİV: "Sevilya" "Qarabağ"ın futbolçusu ilə maraqlanır
İdman
17.12.2024 22:29
İspaniyanın
"Sevilya" klubu "Qarabağ"da çıxış edən Olavio Juninyo ilə
maraqlanır.
TodayPress “AS” nəşrinə istinadən
xəbər verir ki, bu barədə "Zona Mixta" məlumat yayıb.
Komandanın
baş məşqçisi Qarsiya Pimenta braziliyalı forvardın transferini istəyib.
Ağdam
təmsilçisinin bu keçid üçün İspaniya klubundan təxminən 5 milyon avro tələb
edəcəyi vurğulanıb.
Qeyd
edək ki, Olavio Juninyonun "Qarabağ"la müqaviləsinin müddəti 2026-cı
ilin yayınadək qüvvədədir.
tag: Qarabağ, Olavio, İspaniya, Sevilya, Klub, Ağdam, todaypress.az,