KİV: “Mançester Siti” Kevin De Bruyneyə iki əvəzləyici tapdı
İngiltərə təmsilçisi “Mançester Siti” cari mövsümün sonunda klubdan ayrılacaq Kevin De Bruyneyə iki əvəzləyici tapıb.
TodayPress xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
"Şəhərlilər" "Nottinqem Forest"dən (İngiltərə) Morqan Qibbs-Uayt və “Bayer”dən (Almaniya) Florian Virtsi diqqət mərkəzində saxlayır.
Qeyd edək ki, Virts cari mövsüm bütün yarışlarda 39 oyun keçirib və 15 qol vurub. Qibbs-Uayt isə 30 matçda 5 dəfə rəqib qapılarına yol tapıb.
tag: İngiltərə, Mançester Siti, Kevin De Bruyney, Şəhərlilər, Bayer, todaypress.az,