Kimpembe 638 gündən sonra geri döndü

İdman

26.11.2024 11:53

Uzun müddət zədədən əziyyət çəkən PSJ-nin futbolçusu Presnel Kimpembe artıq meydana çıxmağa hazırdır.

TodayPress xəbər verir ki, fransalı müdafiəçinin adı UEFA Çempionlar Liqasında “Bavariya” ilə keçiriləcək oyun üçün iştirak ərizəsinə daxil edilib.

Qeyd edək ki, Kimpembe 2023-cü il fevralın 26-da zədələnmişdi. Axil vətəri cırılan 29 yaşlı futbolçu uzun müddət sonra meydana çıxmaq imkanı qazanıb.

Presnel Kimpembe 2014-cü ildən PSJ-də çıxış edir.

Namiq HUN

tag: PSJ, UEFA, Presnel Kimpembe, Bavariya, todaypress.az,