Kilian Mbappe uşaqlıq illərinin klubuna “elçi düşdü”
İdman
12.07.2024 17:10
"Real Madrid"in və Fransa millisinin hücumçusu Kilian Mbappe futbol klubu almağı planlaşdırır.
TodayPress xəbər verir ki, forvard yeni mövsümdən Fransanın II liqasında çıxış edəcək "Kan" klubuna sərmayə qoymaq niyyətindədir. K.Mbappe və ailəsinin məqsədi əlavə gəlir əldə etməkdir.
Hazırda aşağı liqa təmsilçisi ilə danışıqlar davam edir. Kilian uşaq vaxtı bu klubun akademiyasında məşğul olub.
Qeyd edək ki, Mbappenin “Real Madrid”ə keçidi iyunun 3-də rəsmiləşib. 25 yaşlı futbolçunun yeni klubunda maaşının ildə 30 milyon avro olacağı və vurulan qollara görə əlavə bonus alacağı bildirilib. Mbappenin müqaviləsinə 1 milyard avroluq təzminat da daxildir. "Kral klubu" iyulun 16-da Kilianın təqdimat mərasimini keçirəcək.
Namiq HUN
tag: Real Madrid, Fransa, Kilian Mbappe, Kral Klubu, Futbol, todaypress.az,