Kilian Mbappe rekord qırdı

İdman

15.05.2025 09:00

14

Kilian Mbappe “Real Madrid” klubunun tarixinə düşüb.

TodayPress xəbər verir ki, forvard debüt mövsümündə La Liqada ən çox qol vuran ilk futbolçu olub.

“Malyorka” ilə XXXVI tur matçında 28-ci dəfə fərqlənən Mbappe 1953/54 mövsümündə rəqib torlarını 27 dəfə silkələyən əfsanəvi Alfredo Di Stefanonu arxada qoyub. 

İvan Samarano və Kriştiano Ronaldo isə debüt mövsümlərində 26 dəfə fərqləniblər.

Qeyd edək ki, Kilian Mbappe həmçinin klub tarixində debüt ilində 40 qol vuran ilk futbolçudur. 

Namiq HUN

tag: Kilian Mbappe,Real Madrid,Malyorka,La Liqa,todaypress.az,