Kilian Mbappe "Real Madrid"də hansı mövqedə oynayacaq – AÇIQLAMA
İdman
06.06.2024 10:22
Kilian Mbappenin "Real Madrid"də hansı mövqedə oynamaq istədiyi məlum olub.
TodayPress xəbər verir ki, fransalı hücumçu baş məşqçi Karlo Ançelottinin məsləhət gördüyü yerdə oynamağa hazırdır. O, italiyalı mütəxəssisdən ondan konkret mövqedə istifadə etməsini istəmək fikrində deyil. Forvard sadəcə uşaqlıqdan azarkeşi olduğu Madrid klubunda oynamaq istəyir. Onun üçün meydanda hansı rolun təyin olunacağı önəmli deyil.
Qeyd edək ki, Kilian Mbappenin PSJ-dəki çıxışı zamanı mətbuatda tez-tez oyunçunun mərkəz hücumçusu mövqeyini tutmaq istəməməsi barədə məlumat yayılıb.
Fransalı futbolçunun "Real"la müqaviləsi 2029-cu ilə qədərdir. Mbappe ötən mövsüm PSJ-nin heyətində 48 oyun keçirib, 44 qol vurub və 10 məhsuldar ötürmə verib. “Transfermarkt” portalında forvardın bazar dəyəri 180 milyon avro qiymətləndirilir.
Namiq HUN
tag: Kilian Mbappe, Real Madrid, Karlo Ançelottin, todaypress.az,