Kilian Mbappe klub aldı

İdman

30.07.2024 15:04

“Real”ın hücumçusu Kilian Mbappe Fransanın “Kan” klubunun səhmlərinin nəzarət paketini alıb.

TodayPress xəbər verir ki, sövdələşmə yaxın vaxtlarda rəsmən elan ediləcək.

Fransalı futbolçu təxminən 20 milyon avro ödəyib. O, “Kan”ı klubun müşahidə şurasının prezidenti Pyer-Antuan Kaptonla birlikdə idarə edəcək.

Qeyd edək ki, “Kan” klubu 2019/2020 mövsümündən etibarən Fransanın ikinci divizionunda çıxış edir.

Namiq HUN

tag: Mbappe,Pyer-Antuan Kapton, Fransa,Kan,Real, todaypress.az,