Kilian Mbappe hakerlərin hücumuna məruz qaldı
Hakerlər Mbappenin sosial şəbəkədəki hesabını sındıraraq Messi və Tottenhemi təhqir ediblər.
TodayPress “Mirror”a istinadən xəbər verir ki, Fransa millisinin və “Real Madrid”in hücumçusu Kilian Mbappenin X sosial şəbəkəsindəki rəsmi hesabı hakerlər tərəfindən sındırılıb.
Mənbənin bildirdiyinə görə, Mbappenin sosial şəbəkələri “MBAPPE” tokeninin 90 min satışa çatdığına dair yazılar, futbol komandalarına müxtəlif təhqirlər və Kriştiano Ronaldo ilə Lionel Messi arasında rəqabətə dair şərhlərlə sındırılıb.
Mbappenin səhifəsində belə yazılıb: “Kristiano Ronaldo bütün zamanların ən böyük futbolçusudur. Bu cırtdan (Lionel Messi) mənim üçün dünyanın ən yaxşı oyunçusu deyil”.
Hakerlər həmçinin “Tottenhem” klubunu təhqir ediblər. Mbappenin “Mançester Yunayted” azarkeşi olduğunu və onlara qoşulmağı planlaşdırdığını yazıblar.
Namiq HUN
tag: Mbappe, Kriştiano Ronaldo, Lionel Messi, Tottenhem, Mançester Yunayted ,todaypress.az,