Kikboksçular Macarıstanda 36 medal qazandılar

İdman

02.09.2024 17:58

1431

Budapeştdə gənclər arasında kikboksinq üzrə dünya çempionatı keçirilib.

TodayPress xəbər verir ki, yarış WAKO (Dünya Kikboksinq Təşkilatları Assosiasiyası) versiyası üzrə baş tutub.

Azərbaycan yığma komandası turnirdə 36 medal qazanıb. 

Kikboksçularımız 5 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 8 idmançımız yalnız final görüşündə uduzaraq mundialın gümüş medalı ilə kifayətlənib. Millimizin Budapeşt turnirindən əldə etdiyi 23 medal isə bürünc əyarıdır. 

Namiq HUN

tag: Budapeşt,Kikboksinq, Azərbaycan, Gümüş Medal ,Mundialın, todaypress.az,