Kikboksçu Yunanıstanda 2 qızıl medal qazandı

İdman

08.11.2024 15:40

Azərbaycan kikboksçusu Eduard Məmmədov (63 kq) Yunanıstanın paytaxtı Afinada keçirilən Avropa çempionatında 2 qızıl medal qazanıb.

TodayPress xəbər verir ki, o, kikboksinqin WAKO versiyasında turnirin “Master Class” kateqoriyasında 2 versiya üzrə yarışda fərqlənib.

Məmmədov “Light Contact” versiyasında italiyalı De Franko Marko və isveçli Ola Alvarssona qalib gəlib. 

Kikboksçu “Kick Light” versiyasında isə Ola Alvarsson və italiyalı Sqro Simyone Kalogeroya qalib gələrək Avropa çempionatının baş mükafatına sahib çıxıb. 

Namiq HUN

tag: Azərbaycan, Eduard Məmmədov, Turnir,Light Contact,Avropa, todaypress.az,