Keyta klubla məşqləri buraxacaq
İdman
08.08.2024 15:17
“Verder” klubu yarımmüdafiəçisi Nabi Keytanı əsas heyətlə məşqlərdən uzaqlaşdırıb.
TodayPress xəbər verir ki, fərdi proqram üzərində çalışacaq qvineyalı futbolçu özünə yeni klub axtaracaq.
Keyta 2023-cü ilin iyulunda azad agent kimi “Verder”ə keçib. O, 2023/24 mövsümündə Bremen təmsilçisinin 5 oyununda iştirak edib və uğurlu olmayıb.
29 yaşlı futbolçunun klubla müqaviləsi 2026-cı ilin iyul ayına kimi qüvvədədir.
Namiq HUN
tag: Verder, Nabi Keytan, Bremen, Klub, Məşqlər, todaypress.az,