Keyndən het-trik, “Bavariya”dan ardıcıl 5-ci qələbə

İdman

23.11.2024 11:07

Almaniya Bundesliqasının XI turunda “Bavariya” ardıcıl 5-ci qələbəsini qazanıb. 

TodayPress xəbər verir ki, Münhen təmsilçisi “Auqsburq”la qarşılaşıb.

“Bavariya” qonaq komandanın qapısından 3 cavabsız top keçirib. Harri Keyn hər üç qolun müəllifi olub.

Qeyd edək ki, ingilis forvard cari mövsüm 11 oyunda 14 qol vurub.  

Ardıcıl 5-ci qələbəsini qazanan “Bavariya” ən yaxın izləyicisi olan “Leypsiq”lə xal fərqini 8-ə yüksəldib.

Namiq HUN

tag: Almaniya, Bavariya, Bundesliqa, Münhen, Leypsiq, todaypress.az,