Keyn “Uembli”də yubiley matçına çıxacaq
İdman
10.09.2024 09:19
Futbol üzrə İngiltərə yığmasının hücumçusu Harri Keynə xüsusi hədiyyə təqdim ediləcək.
TodayPress xəbər verir ki, forvarda qızıl papaq veriləcək.
Keyn millidə keçirəcəyi 100-cü oyuna görə bu mükafata layiq görülüb. Bu gün Millətlər Liqasında baş tutacaq Finlandiya ilə qarşılaşma bu baxımdan futbolçu üçün əlamətdar olacaq.
Qeyd edək ki, B Liqasının 2-ci qrupunda yer alan İngiltərə millisi ilk turdan sonra 3 xalla Yunanıstan yığması ilə 1-2-ci yerləri bölüşür.
Namiq HUN
tag: İngiltərə, Harri Keyn, Liqa, Finlandiya, Yunanıstan, Tur, todaypress.az,