Keyn Millətlər Liqası matçlarında çıxış edəcək
İdman
08.10.2024 11:00
Bundesliqanın son turunda “Ayntraxt”la matçda xəsarət alan “Bavariya”nın hücumçusu Harri Keynin durumuna aydınlıq gəlib.
TodayPress xəbər verir ki, ingilis forvardın zədəsi ciddi deyil.
Harri Keyn UEFA Millətlər Liqası matçlarında İngiltərə komandasına kömək edə biləcək.
Qeyd edək ki, futbolun yaradıcıları Millətlər Liqasının üçüncü turu çərçivəsində oktyabrın 10-da öz meydanında Yunanıstan yığmasını qəbul edəcək. 3 gün sonra isə ingilislər səfərdə Finlandiya komandası ilə qarşılaşacaqlar.
Namiq HUN
tag: Bundesliqa,Ayntraxt ,Bavariya ,İngiltərə ,Yunanıstan ,Finlandiya ,todaypress.az,