Keyn Bundesliqa rekordunu yenilədi

İdman

23.11.2024 12:21

1505

“Bavariya” klubunun ingiltərəli hücumçusu Harri Keyn Bundesliqada yeni rekorda imza atıb.

TodayPress xəbər verir ki, o, “Auqsburq”a qalib gəldikləri (3:0) matçda göstəriciyə nail olub.

Qarşılaşmada het-trik edən Keyn Bundesliqadakı qollarının sayını 50-yə çatdırıb. O, 43-cü matçında bunu bacarıb.

Qeyd edək ki, əvvəlki rekord Dortmund “Borussiya”sının sabiq futbolçusu Erlinq Holanda məxsus idi. Norveçli forvard 50 qola 50-ci matçda çatmışdı.

Namiq HUN

tag: Bavariya, İngiltərə, Harri Keyn, Bundesliqa, Ausburq, todaypress.az,