Keyn “Bavariya”nın qol maşınıdır

İdman

06.03.2025 11:20

1228

“Bavariya” klubunun futbolçusu Harri Keyn ardıcıl üç mövsümdə 30-dan çox qol vurur.   

TodayPress xəbər verir ki, o, “Bayer 04”ə qalib gəldikləri (3:0) Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçında dubl etməklə göstəriciyə imza atıb. 

İngiltərəli forvard cari mövsüm meydana çıxdığı 34 matçda 31 qol vurub. 

Keyn 2022/2023 mövsümündə “Tottenhem” klubunda 49 oyunda 32, ötən mövsüm isə 45 qarşılaşmada 44 dəfə fərqlənib.   

Namiq HUN

tag: Bavariya,Harri Keyn,Bayer 04,Futbol,Todaypress.az,