Kevin Dürant olimpiadalar tarixinə düşdü
Amerikalı basketbolçu Kevin Dürant qızıl rekord müəyyən edib.
TodayPress xəbər verir ki, o, komanda yarışlarında ən çox qızıl medal qazanan idmançı olub.
Dürant ABŞ yığma komandası ilə 4-cü dəfə fəxri kürüsünün ən yüksək pilləsinə qalxıb.
Paris Olimpiadasına qədər o, London-2012, Rio-2016 və Tokio-2020 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.
ABŞ basketbolçuları Paris Olimpiadasının finalında Fransa millisinə 98:87 hesabı ilə qalib gəliblər.
Oyunda 15 xal qazanan Kevin Dürant dörd ribaund edib və elə o qədər də topa sahib çıxıb.
Namiq HUN
tag: Paris 2024, Olimpiya Oyunları, todaypress.az,Kevin Dürant,rekord,