Kevin De Bruyne tarix yazdı
“Mançester Siti” klubunun belçikalı futbolçusu Kevin De Bruyne baş məşqçi Pep Qvardiolanın rəhbərliyi altında yeni uğura imza atıb.
TodayPress xəbər verir ki, o, ispaniyalı məşqçinin çalışdırdığı komandalar tarixində 250 qolun vurulmasında (qol və assist) pay sahibi olan ikinci futbolçudur.
Yarımmüdafiəçi Premyer Liqanın XXXV turunda “Vulverhempton”a (1:0) qalib gəldikləri matçda yeganə qolu vurub.
Qeyd edək ki, daha əvvəl eyni sayda göstərici “Barselona”nın sabiq üzvü Lionel Messiyə məxsus olub.
Namiq HUN
tag: Mançester Siti,Kevin De Bruyne,Rekord,Uğur,Todaypress.az,