Kərimov Dubay marafonuna qatıldı

İdman

14.01.2025 14:20

Azərbaycanın ilk "Ironman"i Firdovsi Kərimov beynəlxalq marafonda iştirak edib.

TodayPress xəbər verir ki, o, Dubay şəhərində 42,195 km məsafəni qət edib.

Kərimov iki il əvvəl Birləşmiş Ərəb Əmirliklərində vaxt baxımından müəyyənləşdirdiyi rekordunu yeniləyib. 

Qeyd edək ki, Firdovsi Kərimov ötən il Almaniya, Latviya, İtaliya, Polşa və digər ölkələrdə keçirilən marafon yarışlarına qatılıb.

Namiq HUN

tag: Dubay, Məsafə ,İronman ,Marafon, todaypress.az,