Kərim Benzema futbolçu karyerasını başa vurur
İdman
16.12.2024 15:10
Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda çıxış edən Kərim Benzema gələcək karyerası ilə bağlı qərarını verib.
TodayPress xarici mətbuata istinadən xəbər verir ki, 37 yaşlı forvard 2025-ci ilin may ayında futbolla vidalaşacaq.
Fransalı futbolçunun yeni iş yeri də bəllidir. Benzema karyerasını bitirdikdən sonra sabiq komandası olan İspaniyanın “Real Madrid” klubunun səfiri olacaq.
Qeyd edək ki, Kərim Benzema “Real Madrid”lə yanaşı, Fransanın “Lion” klubunun da formasını geyinib. O, 2023-cü ilin yayından “Əl-İttihad”da çıxış edir.
Namiq HUN
tag: Fransa, Lion, Klub, Karyera, todaypress.az,