Kerem Aktürkoğlu "Qalatasaray"ı "Real Sosyedad"a dəyişir

İdman

16.07.2024 13:00

Yarımmüdafiəçi Kerem Aktürkoğlunun Super Liqa təmsilçisi "Qalatasaray"dan ayrılacağı iddia olunur. 

TodayPress "Fanatik"ə istinadən xəbər verir ki, "Qalatasaray"dan transfer görüşü keçirmək üçün icazə alan futbolçu İspaniyanın "Real Sosyedad" klubu ilə əlaqəyə girib.

La Liqa təmsilçisi Kerem ilə müqavilə imzalayacağı təqdirdə "sarı-qırmızılılar"a rəsmi təklif göndərəcək. 

"Qalatasaray" bu transferdən 14 milyon avro gəlir gözləyir. "Real Sosyedad" isə Kerem Aktürkoğlu üçün İstanbul təmsilçisinə cəmi 9 milyon avro ödəməyi planlaşdırır. Bu səbəbdən transfer haqqı ilə bağlı danışıqların bir müddət davam edəcəyi gözlənilir.

Namiq HUN

tag: Kerem Aktürkoğlu, Qalatasaray,İspaniya, Real, La Liqa, todaypress.az,