Kerem Aktürkoğlu Lissabonu ayağa qaldırdı
İdman
28.10.2024 11:00
“Benfika” klubunun türkiyəli hücumçusu Kerem Aktürkoğlu yenə adından söz etdirib.
TodayPress xəbər verir ki, forvard Portuqaliya Liqasının IX turunda “Rio Ave” ilə oyunda het-trik edib.
Aktürkoğlu Lissabon təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatan oyunun 12, 16 və 45+2-ci dəqiqəsində rəqib qapısına yol tapıb.
Qeyd edək ki, Kerem cari mövsüm Portuqaliya çempionatında meydana çıxdığı dörd oyunda 5 qol vurub və məhsuldar ötürmə edib. Aktürkoğlu UEFA Çempionlar Liqasında isə 3 oyunda vurduğu 3 qolla bombardirlər sırasına adını yazdırıb.
Namiq HUN
tag: Benfika, Hücumçu, Kerem Aktürkoğlu, Liqa, Lissabon, Portuqaliya, todaypress.az,