Kerem Aktürkoğlu “Barselona”ya keçə bilər
İdman
23.11.2024 16:38
“Benfika” klubunun türkiyəli ulduz futbolçusu Kerem Aktürkoğlu karyerasını "Barselona"da davam etdirə bilər.
TodayPress “Ntvspor”a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi yarımmüdafiəçini heyətinə qatmaq istəyir. “Barselona” türkiyəli futbolçunu transfer etmək üçün 35 milyon avrosundan keçməli olacaq.
2029-cu ilədək “Benfika” ilə müqaviləsi olan Kerem Aktürkoğlunun hazırkı transfer dəyəri 18 milyon avrodur.
Qeyd edək ki, 26 yaşlı futbolçu sari mövsüm Lissabon təmsilçisinin heyətində 11 oyunda 8 qol vurub və 3 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Benfika, Kerem Aktürkoğlu, Karyera, Kataloniya, todaypress.az,