"Kəpəz" yeni baş məşqçisini qarşıladı

İdman

01.09.2024 12:10

"Kəpəz"in yeni baş məşqçisi müəyyənləşib.

TodayPress xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Komanda Azər Bağırova tapşırılıb. 40 yaşlı mütəxəssis ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Azər Bağırov son olaraq "Araz-Naxçıvan" klubunda fəaliyyət göstərib.

tag: İdman,Futbol,Kəpəz,Məşqçi,Yeni,Müqavilə,