“Kəpəz” yanvarda heyəti yeniləyəcək
İdman
23.12.2024 17:35
“Kəpəz” klubu qış fasiləsində 3 legioneri ilə yollarını ayıracaq.
TodayPress xəbər verir ki, Gəncə təmsilçisi albaniyalı Redon Mihana, malili Lassana Ndiaye və portuqaliyalı Viktor Braqa ilə vidalaşacaq.
Klub rəhbərliyi hər üç futbolçunun xidmətində maraqlı deyil.
“Kəpəz”in baş məşqçisi Azər Bağırov onların mövqelərini yeni legionerlərlə gücləndirməyi planlaşdırır.
Namiq HUN
tag: Kəpəz ,Futbol, Mövqe, Klub, todaypress.az,