"Kəpəz" Superliqada oynamış futbolçunu transfer etdi

İdman

03.10.2024 03:23

"Kəpəz" heyətinə yeni futbolçu cəlb edib.

 

Klubdan TodayPress-ə verilən məlumata görə, Gəncə təmsilçisi malili yarımmüdafiəçi Mahamadu Banın keçidini rəsmiləşdirib.

 

25 yaşlı oyunçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.


Mahamadu Ba karyerası ərzində Türkiyə klublarında forma geyinib. O, "Ərzurumspor", "Adana Dəmirspor", "İstanbulspor" və "Tuzlaspor" kimi komandalarda oynayıb. Ba "Ərzurumspor" və "İstanbulspor"un heyətində Türkiyə Super Liqasında çıxış edib.

tag: Kəpəz, Gəncə, Türkiyə, Adana, Dəmirspor, todaypress.az,