“Kəpəz” “Şamaxı” səfərində tilsimi qırdı
İdman
30.11.2024 16:55
Premyer Liqanın XV turunda “Kəpəz” klubu “Şamaxı”nın qonağı olub. Yeddi oyundur qələbə qazanmayan Ayxan Abbasovun komandası autsayderi məğlub etmək, qonaqlar isə son pillədən qurtulmaq üçün meydana çıxıblar.
TodayPress xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan görüş Gəncə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Yeganə qolu matçın 70-ci dəqiqəsində Luis Paçu rəqib qapısından keçirib.
Qeyd edək ki, bu oyundan sonra “Kəpəz” turnir cədvəlində xallarının sayını 10-a çatdıraraq 9-cu pilləyə yüksəlib.
Namiq HUN
tag: Liqa, Kəpəz Klubu, Şamaxı, Gəncə, Qələbə, todaypress.az,