“Kəpəz” “Sabah”a qalib gəldi

İdman

31.01.2025 18:30

Futbol üzrə Azərbaycan çempionatında XXI tur start götürüb.

TodayPress xəbər verir ki, Tovuz şəhər stadionunda “Kəpəz” “Sabah”ı qəbul edib. 

Çempionatın autsayderi Mahamadu Ba, Əli Səmədov və Rauf Hüseynlinin qolları ilə “Sabah” üzərində əzmkar qələbə qazanıb 3:2. 

Qeyd edək ki, komandalar arasında 1-ci dövrənin oyununda “Sabah” 3:2 hesabı ilə qalib gəlib. 2-ci dövrənin matçında isə 2:2 hesabı qeydə alınıb.

Namiq HUN

tag: Futbol ,Azərbaycan,Kəpəz,Sabah,Tovuz ,todaypress.az,