“Kəpəz” hücum xəttini gücləndirir
İdman
16.01.2025 13:43
“Kəpəz” klubu İtaliyanın B Seriyasından futbolçu alır.
Premyer Liqadakı yerini itirmək istəməyən "Kəpəz" qış fasiləsində növbəti transferini rəsmiləşdirəcək.
TodayPress Sports.az-a istinadən xəbər verir ki, Gəncə təmsilçisi “Breşiya” klubunda çıxış edən Trent Buhaqyar ilə anlaşıb.
Malta əsilli Buhaqyar Avstraliyada dünyaya gəlib. Futbolçunun ampulası sağ vinger olsa da, mərkəz hücumçusu və sol vinger kimi də oynamağı bacarır.
27 yaşlı futbolçu B Seriyası təmsilçisindən öncə yalnız Avstraliyanın “Sentral Kost Mariners”, “Sidney” və “Nyukasl Yunayted Cets” klubunun formasını geyib.
Namiq HUN
tag: Kəpəz, Təmsilçi,Müdafiə, Futbolçu, Ampula, todaypress.az,