“Kəpəz” baş məşqçisi ilə vidalaşdı

İdman

29.08.2024 13:38

“Kəpəz” klubu baş məşqçisi Adil Şükürovla yollarını ayırıb.

TodayPress xəbər verir ki, Şükürov öz istəyi ilə postunu tərk edib.

Premyer Liqada 4 turdan sonra xalsız qalan “Kəpəz” sonuncu – 10-cu pillədə qərarlaşıb.

Adil Şükürov 2023-cü ilin noyabrından bölgə təmsilçisində çalışırdı.

Namiq HUN

tag: Adil Şükürov, Kəpəz, Premyer Liqa, Təmsilçi, todaypress.az,