Kepa Arrizabalaqa icarəyə göndərildi
"Çelsi" qapıçısı Kepa Arrizabalaqanı bu mövsümün sonun kimi "Bornmut"a icarəyə göndərib.
TodayPress xəbər verir ki, bu barədə "Bornmut"un saytı məlumat yayıb.
Qeyd edək ki, Kepanın "Çelsi" ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna kimidir. İspaniyalı qolkiper ötən mövsüm icarə əsasında "Real"da çıxış edib.
O, Madrid klubunda 20 oyuna çıxıb, 9 matçda qapısını toxunulmaz saxlayıb.
Namiq HUN
tag: Çelsi,Kepa Arrizabalaqa, Bornmut, Real, Kepa, todaypress.az,