Kəmər güləşçiləri 2 medal qazandılar

İdman

04.07.2024 13:39

Rusiyada “Asiya uşaqları” Beynəlxalq İdman Oyunları davam edir.   

TodayPress xəbər verir ki, Azərbaycan güləşçiləri komanda hesabına daha 2 medal əlavə edib.

İdmançılarımız Yakutsk turnirində kəmər (alış) güləşində fəxri kürsüyə yüksəlib. Əli Ələsgərli (65 kq) gümüş, Fidan Bəşirli (55 kq) isə bürünc medal qazanıb.

Namiq HUN

tag: Asiya uşaqları, Güləş, Azərbaycan, İdman, Rusiya, todaypress.az,