Keçmiş hokkeyçi qətlə yetirildi
İdman
15.10.2024 15:23
Finlandiyalı hokkeyçi Yanne Puhakka güllələnərək qətlə yetirilib.
TodayPress xarici mətbuata istinadən xəbər verir ki, hadisə hokkeyçinin Espoo şəhərində yerləşən evində baş verib.
İlkin versiyaya görə, insidentə səbəb 29 yaşlı veteran hokkeyçi ilə Rolf Nordmo adlı baytar arasında yaranmış mübahisə olub. Nordmonun tapançadan açdığı atəş nəticəsində Puhakka hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, Yanne Puhakka peşəkar idmançı karyerasını 2018-ci ildə başa vurub. O, Finlandiyada müxtəlif hokkey komandalarının formasını geyinib.
Namiq HUN
tag: Finlandiya ,Hokkey ,Hadisə ,Nordmun ,Yanne Puhakka ,todaypress.az,