KBVB Tedeskonu qovdu
İdman
18.01.2025 14:25
Belçika Kral Futbol Assosiasiyası (KBVB) milli komandanın baş məşqçisi Domeniko Tedesko ilə əməkdaşlığı dayandırmaq qərarına gəlib.
TodayPress xəbər verir ki, direktorlar şurası qərarı təsdiqləyib.
Hazırda onun varisinin axtarışı davam etdirilir.
Domeniko Tedesko 2023-cü ilin fevralında “qırmızı şeytanlar”ın baş məşqçisi təyin edilib.
O, yenilənmiş komanda ilə Avro-2024-ün seçmə mərhələsində uğurlu çıxış edib. Lakin Belçika millisinin turnirin final mərhələsində və ondan sonrakı Millətlər Liqasında çıxışı uğursuz olub.
Federasiya əməkdaşlığa görə Domeniko və onun köməkçilərinə təşəkkür edib.
Namiq HUN
tag: Futbol,Belçika, Tedesko, İdman, Avro-2024, todaypress.az,