Kazımova Azərbaycanı FIVB-də təmsil edəcək
İdman
25.11.2024 17:05
Azərbaycan Voleybol Federasiyasının (AVF) həkimi Vüsalə Kazımova Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Tibb Komissiyasına üzv seçilib.
TodayPress AVF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu Beynəlxalq Voleybol Federasiyasının İdarə heyətinin ilk iclasında baş verib.
Toplantıda FIVB komissiyalarının 2024-2028-ci illər üzrə tərkibi müəyyənləşib.
Qeyd edək ki, Vüsalə Kazımova həmçinin, Avropa Voleybol Konfederasiyasının da Tibb Komissiyasının üzvüdür.
Namiq HUN
tag: Azərbaycan, AVF, Vüsalə Kazımova, Komissiya, Avropa, todaypress.az,