Kazemiro “Real”ın təklifini dəyərləndirmədi

İdman

25.11.2024 14:00

“Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Kazemiro “Real Madrid”in təklifini qəbul etməyib. 

TodayPress “Trivela”ya istinadən xəbər verir ki, braziliyalı futbolçu karyerasının hazırkı dövründə klubunu dəyişmək istəmir. 

Ona görə də, “kral klubu”na keçməkdən imtina edib. Orta xətt oyunçusu 2015-2022-ci illərdə “Real”da oynayıb. 

Qeyd edək ki, cari mövsüm Kazemiro “qırmızı şeytanlar”ın heyətində bütün turnirlərdə 17 matça çıxıb. O, bu görüşlərdə 3 qol vurub. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. 

Namiq HUN

tag: Mançester Yunayted, Real Madrid, Kral Klubu, Kazemiro, todaypress.az,