“Kayserispor” xorvatiyalı mütəxəssislə anlaşdı

İdman

29.01.2025 14:10

2319

Super Liqa komandalarından “Kayserispor” yeni baş məşqçisini  açıqlayıb.

TodayPress klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, Kayseri təmsilçisi Zaqreb “Dinamo”sunu çalışdıran Sergey Jakiroviçlə 1,5 illik müqavilə imzalayıb. 

Ötən ilin sentyabrında Xorvatiya təmsilçisi ilə yollarını ayıran mütəxəssis karyerası ərzində “Sesvete” (Xorvatiya), “Qorica” (Xorvatiya), “Maribor” (Sloveniya), “Zrinjski Mostar” (Bosniya və Herseqovina) və “Riyeka” (Xorvatiya)  kimi komandalarda işləyibb.

Namiq HUN

tag: Super Liqa,Kayserispor,Zaqreb,Dinamo,Sergey Jakiroviç,todaypress.az,