“Kayserispor” İsmail Kartalla anlaşdı
İdman
02.10.2024 18:00
"Fənərbağça"nın sabiq baş məşqçisi Super Liqaya qayıdır.
TodayPress Türkiyə mətbuatına istinadən xəbər verir ki, 63 yaşlı mütəxəssis "Kayserispor" klubunu çalışdıracaq.
Kayseri təmsilçisi ilə mütəxəssis arasında ilkin danışıqlar olub. Əməkdaşlıqla bağlı razılıq əldə olunduğu bildirilir.
İsmail Kartal “Kayserispor”un baş məşqçisi postunda Burak Yılmazı əvəz edəcək.
O, "Beşiktaş"a 0:3 hesablı məğlubiyyətdən sonra istefa verib.
Qeyd edək ki, İsmail Kartal ötən mövsüm "Fənərbağça" klubunu çalışdırıb. İstanbul təmsilçisi onun rəhbərliyi altında Super Liqada mövsümü ikinci pillədə başa vurub.
Namiq HUN
tag: Türkiyə ,İsmail Kartal, Fənərbağça ,Super Liqa ,Kayserispor ,Klub ,todaypress.az,