Kayl “Milan”da qeydiyyata düşə bilmədi

İdman

14.05.2025 09:33

8

“Milan” klubu icarə əsasında heyətinə qatdığı Kayl Uokeri transfer etməyəcək. 

TodayPress xəbər verir ki, “rossoneyerilər” 5 milyon avro satınalma maddəsindən imtina edəcəklər. 

“Mançester Siti”nin müdafiəçisi ilin əvvəlindən “Milan”da çıxış edir.

A Seriyası təmsilçisi Alexandro Ximenesin oyunundan razıdır. Milanlılar bu səbəbdən Kaylın heyətdə qalmasını istəmirlər.   

Qeyd edək ki, Kayl Uoker “Milan”ın heyətində meydana çıxdığı 15 oyunda fərqlənməyib.   

Namiq HUN

tag: Kayl Uoker,Milan,Klub,Futbol,Todaypress.az,